Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə 17 yaşlı gənc itkin düşüb

10:46 - 27 Oktyabr 2021 tarixində dərc olunub.

Daşkəsəndə gənc oğlan itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İsgəndərov Araz Ayaz oğlu evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: