Ucnoqta.az
www.ucnoqta.az

Qaxda minik avtomobili yanıb

22:59 - 25 Oktyabr 2021 tarixində dərc olunub.

Qax rayonunun Əlibəyli kəndində axşam saatlarında 1986-cı il təvəllüdlü Suxaşvili Mamia Nodarovicə məxsus “VAZ 2106” markalı minik avtomobilində yanğın baş verib.

Hadisə yerinə FHN-in Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: