Ağstafada zəncirvari qəza olub - <font color=red><b>FOTO</b></font>
00:44 - 25 Oktyabr 2021 tarixində dərc olunub.
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Ağstafa-Poylu yolda qeydə alınıb.
Hərəkətdə olan “QAZel” markalı yük maşını “KİA”, “VAZ 2107” və traktorla toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
İlkin məlumatına görə, qəzaya səbəb “QAZel”nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.