Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda yol qəzasında sürücü xəsarət alıb <font color=red><b>- Foto</b></font>

22:30 - 24 Oktyabr 2021 tarixində dərc olunub.

Oğuzda yol qəzası baş verib.

Hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 123-cü kilometrliyində, Oğuz rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Oğuz rayon Muxas kənd sakini, 1994-cü il təvəllüdlü Vüsal Murad oğlu Cəfərov “Volkswagen Passat” markalı 90 EO 728 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ kənarındakı ağaca vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü V.Cəfərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: