Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda yolu keçmək istəyən qadını maşın vurub öldürdü

10:19 - 24 Oktyabr 2021 tarixində dərc olunub.

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. 

Hadisə rayon bazarının qarşısında qeydə alınıb.

Hərəkətə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Müəllif: