Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə “KamAz” 77 yaşlı qadını vurub - <font color=red><b>Foto</b></font>

21:09 - 23 Oktyabr 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili yolu keçmək istəyən rayon sakini, 77 yaşlı Qasımova Rəhilə Məmməd qızını vurub.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: