Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə piyadanı maşın vuraraq öldürüb

20:29 - 23 Oktyabr 2021 tarixində dərc olunub.

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: