Ucnoqta.az
www.ucnoqta.az

Polisə sərnişin tərəfindən hədələndiyini bildirən sürücü özü məsuliyyətə cəlb olundu

19:30 - 23 Oktyabr 2021 tarixində dərc olunub.

Polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini V.Məhərrəmov oktyabrın 22-də saat 3 radələrində Masazır qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobildə olan sərnişinin onu bıçaqla hədələyib 370 manat pulunu almasını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılmış və V.Məhərrəmovun polisə yalan məlumat verməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə cinayət işi başlanıb.

Müəllif: