Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə iki avtomobil toqquşub, <font color=red><b>3 nəfər yaralanıb - Foto</b></font>

16:00 - 23 Oktyabr 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KIA" markalı avtomobil "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan 3 nəfər - 29 yaşlı Hüseynov Ümid Qnyaz oğlu, 17 yaşlı Manaflı Vüsal Tahir oğlu və 2 yaşlı Hüseynli Miray Ümid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: