Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar üçün icazə verilib

18:18 - 22 Oktyabr 2021 tarixində dərc olunub.

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar yerinə yetirmək üçün icazə verilib.

"APA-Economics" Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, regional hava limanlarından beynəlxalq uçuşlar üçün icazələrin verilməsi ilə bağlı Agentliyin əmrinə əsasən, "Nordwind Airlines" və "İkar" şirkətlərinə həftədə 7 uçuş planlaşdırmağa icazə verilib.

Xatırladaq ki, bu il artıq Omsk-Bakı marşrutu üzrə uçuşlara start verilib. Lakin "Ural Airlines" aviaşirkəti sözügedən aviareys üzrə cəmi üç uçuş həyata keçirsə də, sonradan uçuşlar ləğv edilib.

 

Müəllif: