Ucnoqta.az
www.ucnoqta.az

Prokurorluq Şamaxıda baş verən partlayışla bağlı <font color=red><b>MƏLUMAT YAYDI</b></font>

10:57 - 22 Oktyabr 2021 tarixində dərc olunub.

Şamaxı rayonunda evdə baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: