Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda iki "VAZ" toqquşub - <font color=red><b>5 nəfər xəsarət alıb - FOTO</b></font>

20:35 - 21 Oktyabr 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 21010" və "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin qəfil olaraq "VAZ 21010"in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: