Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada avtomobil 7 yaşlı uşağı vurub

08:53 - 20 Oktyabr 2021 tarixində dərc olunub.

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Musayev Mehdi Musa oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: