Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Gəncə şosesində yerləşən müəssisələrdən birinin yaxınlığında qeydə alınıb.
Ərazidə müvəqqəti məskunlaşan 1995-ci il təvəllüdlü, Kəlbəcər rayon sakini Koroğlu Şahmalı oğlu Xuduzadə münaqişə zəminində bıçaqlanaraq ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///apa