Ucnoqta.az
www.ucnoqta.az

Qaxda bir ailənin iki üzvü göbələkdən zəhərlənib - <font color=red><b>ölən var</b></font>

23:27 - 19 Oktyabr 2021 tarixində dərc olunub.

Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.

“Report” xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

Müəllif: