Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda avtomobil 29 yaşlı qadını vurub

20:20 - 18 Oktyabr 2021 tarixində dərc olunub.

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş berib.

Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil yolu keçən Şirvan sakini, 1992-ci il təvəllüdlü Qurbanova Mətanət Sərraf qızını vurub. Nəticədə xəsarət alan piyada Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: