Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Tovuzda ağır qəza:</b></font> Xəsarət alanlar var

09:42 - 18 Oktyabr 2021 tarixində dərc olunub.

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Alakol kəndində hərəkətdə olan minik avtomobili idarəetməni itirib və hasara çırpılıb.

Baş verən hadisə zamanı 1999-cu il təvəllüdlü Vidadi Huseynov, 1998-ci il təvəllüdlü Elfaq İsmaylov, 1998-ci il təvəllüdlü Məhərrəm Mustafayev və 1995-ci il təvəllüdlü Azər Mehdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.///oxu.az

Müəllif: