Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda avtomobil piyadanı vurub

10:33 - 17 Oktyabr 2021 tarixində dərc olunub.

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: