Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda toy sahibi cərimələnib

12:55 - 16 Oktyabr 2021 tarixində dərc olunub.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.
Müəllif: