Ucnoqta.az
www.ucnoqta.az

Aeroport yolunda mikroavtobus qəza törədib - <font color=red><b>Foto</b></font>

00:27 - 16 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Müəllif: