Ucnoqta.az
www.ucnoqta.az

Merkel sabah Türkiyəyə səfər edəcək

18:00 - 15 Oktyabr 2021 tarixində dərc olunub.

Almaniya kansleri Angela Merkel sabah Türkiyəyə səfər edəcək.

“Report” “Habertürk”ə istinadən bildirir ki, səfər onun dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq.

A.Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Libiya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Müəllif: