Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda kişi qonşusunu bıçaqlayıb

00:35 - 15 Oktyabr 2021 tarixində dərc olunub.

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Əliyev Fuad Nazim oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: