Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil velosipedçini vuraraq öldürüb

21:58 - 14 Oktyabr 2021 tarixində dərc olunub.

Salyan rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini, Asiman Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobil velisopedlə hərəkətdə olan Noxudlu kənd sakini, 1977-ci il təvəllüdlü Raqif Orucovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: