Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “London Taxi”sinin nömrəsi oğurlandı

18:23 - 14 Oktyabr 2021 tarixində dərc olunub.

“London Taxi”si kimi fəaliyyət göstərən avtomobildə oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də “London Taxi”nin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə onun Yasamal Rayon Polis İdarəsi tərəfindən borclu qismində axtarışda olması da müəyyən edilib.

Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülüb.

Müəllif: