Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

11:06 - 14 Oktyabr 2021 tarixində dərc olunub.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxsdən 1 ədəd “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: