Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə ağacları kəsən şəxs cəzalandırıldı

19:10 - 13 Oktyabr 2021 tarixində dərc olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyini müəyyən edib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib.

Müəllif: