Ucnoqta.az
www.ucnoqta.az

Yollardakı dəmir barmaqlıqları oğurlayan tutuldu

22:51 - 12 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda dövlət qurumlarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə. narkotik maddə ilə tutulmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Talıbovun ətrafında Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Nəticədə onun sentyabrın 7-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 23 ədəd yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlığı, oktyabrın 9-da isə “Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi İstehsalat Müəssisəsi” MMC-yə məxsus yeməkxanadan 2400 manat dəyərində 15 ədəd pəncərəni oğurlaması da müəyyən edilib.

Müəllif: