Ucnoqta.az
www.ucnoqta.az

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb

20:48 - 12 Oktyabr 2021 tarixində dərc olunub.

İmişlidə fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İmişli sakini, 1980-ci il təvəllüdlü Şirinov Ramil Akif oğlu iş prosesində beton kütlənin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon prokurorluğu araşdırma aparır.

Müəllif: