Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə güclü meşə yanğını başladı

00:40 - 12 Oktyabr 2021 tarixində dərc olunub.

Türkiyənin Hatay şəhərində yerləşən Dokuzdal məhəlləsində güclü meşə yanğını başlayıb.

Yanğın bölgəsinə 5 yanğınsöndürən maşın, 4 su sistern maşını və əlli işçi cəlb edilib.

Yanğının söndürülməsi və alovların ətraf bölgələrə keçməməsi üçün ciddi tədbirlər görülür.

Hələlik yanğının baş vermə səbəbi bilinmir.

Müəllif: