Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda deputatın velosipedi <font color=red><b>OĞURLANDI </b></font>

15:43 - 11 Oktyabr 2021 tarixində dərc olunub.

Milli Məclisin deputatından oğurluq olub.

Ucnoqta.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.
Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
E.Mirbəşiroğlu açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: