Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda avtomobil piyadanı vurub

21:34 - 10 Oktyabr 2021 tarixində dərc olunub.

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: