Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Millətlər Liqası:</b></font> İtaliya yığması 3-cü yeri tutub

19:49 - 10 Oktyabr 2021 tarixində dərc olunub.

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib

Son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.

Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.///report

Müəllif: