Ucnoqta.az
www.ucnoqta.az

Şabranda oğurlanan maşın Qusarda tapıldı

19:24 - 10 Oktyabr 2021 tarixində dərc olunub.

Ötən gün Şabran rayonu ərazisində VAZ-2106 markalı, 17 BD 979 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

Maşın sahibi bu barədə polisə məlumat verib.
Şabran Rayon Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyatla oğurlanan avtomobil Qusar rayonu ərazisində aşkarlanıb.

Maşının kim tərəfindən oğurlandığı bilinmir. Sürücü hadisə yerindən qaçıb. Polis həmin şəxsi axtarır.///Qafqazinfo

Müəllif: