Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış aparıcı avtomobil qəzasına düşdü: <font color=red><b>ölən və yaralılar var</b></font>

16:15 - 10 Oktyabr 2021 tarixində dərc olunub.

Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın olduğu avtomobil Soçidə qəzaya düşüb.

İlkin məlumata görə, qəza “Mercedes” və “Volkswagen” avtomobillərinin toqquşması nəticəsində baş verib.

Kseniya Sobçakın “Mercedes” markalı avtomobildə olduğu qeyd olunur.

Qəza nəticəsində “Volkswagen” avtomobilində olan sərnişinlərdən biri ölüb, iki nəfər xəsarət alıb.

Məlumatı televiziya aparıcısının olduğu “Mercedes” markalı avtomobilin sürücüsü də təsdiqləyib.

Kseniya Sobçak isə qəzadan sonra taksiyə minib və hava limanına yollanıb. Onun xəsarət almadığı bildirilir.///oxu.az

Müəllif: