Rusiyada təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - <font color=red><b>Foto</b></font>
12:02 - 10 Oktyabr 2021 tarixində dərc olunub.
Rusiya Federasiyasının Tatarıstan Respublikasında “L-410” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 19 nəfər ölüb, 3 nəfərin taleyi isə məlum deyil.
Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.