Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda avtomobil azyaşlını vurub öldürdü

21:38 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Ağdaş rayonda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Nemətabad kəndində baş verib.

“VAZ - 2106” markalı avtomobil ikinci sinif şagirdi, 2012-ci il təvəllüdlü Yusif Mehman oğlu Əbilovu vuraraq ona ağır xəsarət yetirib.

Azyaşlı doğmaları tərəfindən bölgənin iki müxtəlif xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: