Ucnoqta.az
www.ucnoqta.az

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

17:57 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m² sahədə və 1 ədəd kondisioner qismən yanıb.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, mənzil yanğından mühafizə olunub.

Şamaxı rayonunda ümumi sahəsi 135 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: