Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda polis rəisi qəzaya düşdü

17:15 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Şəmkir yolunda baş verib.

Emil adlı şəxs idarəetdiyi avtomobil ilə hərəkətdə olan digər nəqliyyat vasitəsini vurub. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb.

Məlumata görə, vurulan avtomobil Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqova məxsusdur.

Məlumatla bağlı əməkdaşımız Ə.Sadıqovla əlaqə saxlayıb. O, Oxu.Az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

“Sərxoş sürücü avtomobili ilə maşınımın ön hissəsini vurub. Ciddi bir şey yoxdur, mən işimin başındayam”.

 

Müəllif: