Ucnoqta.az
www.ucnoqta.az

Qazax sakininə zor tətbiq edib pulunu alan şəxslər saxlanılıb

13:38 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Qazax sakininə 4 nəfər tərəfindən zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Canallı kəndindəki evlərin birində 4 nəfərin H. Bayramova zor tətbiq edərək 9400 ABŞ dollarını alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K. Əhmədov, R. Nəsibov və R. Abdullayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla ev sahibəsi T. Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.

Faktla bağlı Qazax RPŞ tərəfindən araşdırma aparılır.

 

Müəllif: