Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mühafizəçi çalışdığı şirkətdən 14 min manatlıq oğurluq edib

13:18 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da “GM Construction” şirkətinə məxsus 14 000 manat dəyərində 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən oranın mühafizəçisi L. Yaqubov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: