Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bədbəxt hadisə:<font color=red><b> Qurğu fəhlənin qolunu qopardı</b></font>

10:02 - 9 Oktyabr 2021 tarixində dərc olunub.

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: