Ucnoqta.az
www.ucnoqta.az

Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

07:50 - 8 Oktyabr 2021 tarixində dərc olunub.

Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Həsənov Tarverdi Həmid oğlunu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: