Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşüb

23:45 - 7 Oktyabr 2021 tarixində dərc olunub.

Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayon ərazisində qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: