Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

12:53 - 7 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol-nəliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi rayonunun Goradil kəndi ərazisində Bakı şəhər sakini Qasım Abbasovun idarə etdiyi “Renault” və Daşkəsən rayon sakini B.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Q.Abbasov hadisə yerində ölüb, digər sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: