Ucnoqta.az
www.ucnoqta.az

Rafael Ağayev Dünya çempionatında iştirak etməyəcək -<font color=red><b> Ayağı sınıb</b></font>

14:00 - 7 Oktyabr 2021 tarixində dərc olunub.

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Oxu.Az-ın xəbərinə görə, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.
Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.

Müəllif: