Kürdəmir rayonunda oğurluqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
Hadisə Muradxan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri rayon polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus iri və xırda buynuzlu heyvanlarının oğurlandığını bildiriblər.
Bundan sonra Kürdəmir Rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu Sor-Sor kənd sakinləri Elvin Abasov, Fariz Abasov, Mehman Qəniyev, Ülvi Qəniyev, Asim Kərimov və Ayaz Qəribov törədiblər. Onlar qabaqcadan əlbir olaraq Muradxan kənd sakinləri Yaşar Səfərov və Eldəniz Abdullayevə məxsus 4 baş iri buynuzlu, 4 baş xırdabuynuzlu heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlayıblar. Həmin şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı cinayət əməlləriini etiraf edib və bu işdən peşman olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir.///report