Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məktəb şagirdini avtomobil vurub

09:01 - 6 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: