Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 34 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib

23:27 - 5 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda intihara cəhd baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü C.Tağıyeva özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: