Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə 69 yaşlı kişinin meyiti tapılıb

16:00 - 5 Oktyabr 2021 tarixində dərc olunub.

Bakıda mənzildən meyit tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Əliyev Oktay Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: