Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın Xalq artisti vəfat etdi

07:16 - 5 Oktyabr 2021 tarixində dərc olunub.
Gəncə Dövlət Dram Teatrının görkəmli sənətkarlarından biri, rejissor, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib. “Report” xəbər verir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müəllif: